EN

Paytaxtda köhnəlmiş reklam daşıyıcılarının yenilənməsi ilə bağlı AÇIQLAMA

ain.az, Baku.ws saytına istinadən bildirir.

Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi (ADRRA) paytaxtda köhnəlmiş və təhlükə yaradan reklam daşıyıcılarının yenilənməsi istiqamətində görülən işlərə münasibət bildirib.

Qurumdan BAKU.WS-ə verilən məlumata görə, reklam qurğuları şəhərsalma və tikintiyə dair normativ sənədlərə, eləcə də sanitariya norma və qaydalarına uyğun layihələndirilməli, hazırlanmalı və yerləşdirilməlidir. Həmçinin həmin qurğuların təhlükəsiz istismarı üçün müvafiq şərtlərə cavab verməsi vacibdir.

Məlumatda qeyd olunub ki, reklam qurğularının mülkiyyətçiləri onların qorunmasına, yuyulmasına və təmiz saxlanmasına cavabdehdir. Dövlət Reklam Agentliyi isə açıq məkanda yerləşdirilmiş reklam daşıyıcılarının qanunvericiliyin tələblərinə uyğunluğunu yoxlayır, normativlərə zidd hallarda isə sökülməsi barədə qərar qəbul edir.

Hazırda Agentlik mütəmadi olaraq reklam daşıyıcılarının yenilənməsi və "Reklam qurğularına Texniki Tələblər"ə uyğunlaşdırılması istiqamətində zəruri tədbirlər həyata keçirir.

Şahanə Xankişiyeva

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
14
1
baku.ws

2Sources