EN

“Rusiya NATO ya hücum edə bilməz, Avropa öz problemləri ilə məşğul olsun” PUTİN

ain.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rusiya Prezidenti Vladimir Putin Valday Klubunun plenar iclasında çıxış edərək bir sıra mühüm açıqlamalar verib.

O bildirib ki, Rusiya iki dəfə NATO-ya üzvlük üçün müraciət edib, lakin hər iki dəfə rədd olunub.

Putin həmçinin vurğulayıb ki, “Qərb tərəfdaşlarımızla işləməyə hazır idik, amma onlar stereotiplərdən əl çəkmədi”.

O, dünyada hamıya nə edəcəyini diktə edəcək bir güc olmadığını və olmayacağını da qeyd edib.

Rusiya prezidenti NATO-nun Rusiyaya hücum edə biləcəyi barədə iddiaları “cəfəngiyat” adlandırıb və əlavə edib ki, Avropa Rusiyanı düşmən elan etməyi əsrlər əvvəl uydurub.

Putin Qərb elitasına səslənərək “Sakitləşin, dinc yatın və öz problemlərinizlə məşğul olun” deyib. O, Avropanın silahlanmasına cavabın tezliklə veriləcəyini də bildirib.

Şəbnəm

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
8
icma.az

1Sources