EN

“Bualoy” qasırğası Vyetnama 518 milyon dollar ziyan vurub

Bakı, 3 oktyabr, AZƏRTAC

Vyetnamı vuran “Bualoy” qasırğası nəticəsində baş verən daşqınlar və torpaq sürüşmələri 49 nəfərin həyatına son qoyub, 16 nəfər itkin düşüb, 153 nəfər isə yaralanıb.

AZƏTAC Sinxua agentliyinə istinadla xəbər verir ki, qasırğa, həmçinin ölkəyə böyük maddi ziyan vurub. 200 ev dağılıb, 169 mindən dən çox ev zədələnib, daha 64 min evi su basıb. Bundan başqa, 80,6 min hektardan çox çəltik və digər əkin sahələri su altında qalıb, 21 min başdan çox mal-qara və 500 minə yaxın quş tələf olub.

Tayfun nəticəsində çoxsaylı ictimai infrastruktur obyektlərinə də ziyan dəyib. Daşqınlar və torpaq sürüşmələri səbəbindən 7500-dən çox yol bloklanıb.

Hakimiyyət orqanları dəymiş ziyanı qiymətləndirməyə, zəruri xidmətləri bərpa etməyə və zərər çəkmiş sakinlərə yardım göstərməyə davam edir. İlkin iqtisadi zərər təxminən 12,8 trilyon donq (təxminən 518 milyon dollar) həcmində qiymətləndirilir.

 

Chosen
13
1
azertag.az

2Sources