EN

Laza kəndinin yolu lil və palçıqdan təmizlənir

Ötən gün gecə saatlarından etibarən Qusar rayonunun Laza kəndi ərazisində dağlıq sahələrdən kəndə doğru yenidən palçıq və lil axını müşahidə olunub. Nəticədə mövcud avtomobil yolunun hərəkət hissəsi çirklənib, bu da nəqliyyat vasitələrinin hərəkətində müəyyən çətinliklərə səbəb olub.

Operativ Media xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Mövcud vəziyyətlə bağlı dərhal Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin texnikası və canlı qüvvəsi əraziyə cəlb edilib. Görülən operativ tədbirlər nəticəsində yolun hərəkət hissəsi palçıq və lil kütləsindən təmizlənib, nəqliyyatın hərəkəti qismən bərpa olunub.

Hazırda ərazidə təmizləmə və bərpa işləri intensiv şəkildə davam etdirilir.

Xatırladaq ki, son günlər ərzində dağlıq ərazilərdən gələn lil və palçıq axını nəticəsində yolun hərəkət hissəsinin çirklənməsi halları mütəmadi olaraq müşahidə olunur. Lakin hər bir halda Agentliyin əraziyə cəlb olunmuş texnikası və əməkdaşları tərəfindən operativ müdaxilə həyata keçirilir və yol ilə hərəkət tez bir zamanda bərpa olunur.

Chosen
19
18
operativmedia.az

10Sources