EN

Moskvada milyarder İbrahim Süleymanov saxlanılıb

Moskvada milyarder İbrahim Süleymanov  qətldə ittiham olunaraq saxlanılıb. 

 Hakimiyyet.az  xəbər verir ki. bu barədə “Baza” telegram kanalının məlumat yayıb.

“Baza”-nın məlumatına görə, iş adamı oktyabrın 2-nə keçən gecə saxlanılıb. O, xüsusilə əvvəlki illərdə baş vermiş hadisələrlə bağlı qətl törətməkdə ittiham olunur.

Hazırda o, həbsdədir və müstəntiqlər onun həbs olunmasını tələb etmək niyyətindədirlər.

Əslən Dağıstandan olan Süleymanov müasir Rusiyanın ən müəmmalı və nüfuzlu oliqarxlarından biri hesab olunur. O, əvvəllər dələduzluq və çirkli pulların yuyulmasında təqsirli bilinib, lakin həbsdən sonra da nüfuzunu və hakimiyyətini qoruyub saxlaya bilib.

Əvvəllər o, dövlətə məxsus hava yolları rezervasiya sisteminə, “Sirena-Travel” ASC-yə nəzarət edib və əsas sektorlarda - nəqliyyat, aviasiya və informasiya texnologiyalarında təsir gücünə malik olub.

 Mürtəza

Chosen
27
7
hakimiyyet.az

10Sources