İki ölkə münasibətlərinin humanitar və akademik müstəvidə inkişafı İtaliya-Azərbaycan Universitetinin yaradılması ilə özünün parlaq ifadəsini tapır və gələcək nəsillər üçün davamlı əməkdaşlıq platforması formalaşdırır. 2020-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə təməli qoyulan bu universitet ADA Universiteti ilə İtaliyanın beş aparıcı ali təhsil müəssisəsi arasında əməkdaşlıq çərçivəsində fəaliyyət göstərir. Universitetdə 538 bakalavr və 102 magistr tələbəsi müxtəlif ixtisaslar üzrə təhsil alır. Tədris proqramları mühəndislik, memarlıq, dizayn, kənd təsərrüfatı, qida texnologiyaları və menecment sahələrini əhatə edir. Müasir laboratoriyalar, tədris emalatxanaları və praktiki təcrübə imkanları tələbələrin yüksək səviyyəli bilik və bacarıqlar əldə etməsinə şərait yaradır. Burada təhsil alan tələbələr gələcəkdə Azərbaycan və İtaliya arasında mədəni, elmi və sosial sahələrdə qarşılıqlı əlaqələrin elçilərinə çevriləcəklər, bu isə tərəfdaşlığın davamlılığını təmin edir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31