EN

"Nəsə olsa, varlılar yox, siz kasıblar öləcəksiniz"

"Diana həyatını bomba yaşayır. Bacarırsınız, siz də yaşayın. Sabah dünyada insanları silsələr, Dianakimilər, varlılar yox, sizin kimi kasıb təbəqə ölməli olacaq. Varlılar ölməyəcək".
 
Moderator.az Musavat.com-a istinadən xəbər verir ki, bu sözləri aktrisa Pərvin Abıyeva sosial şəbəkədə canlı yayımda olarkən deyib.
 
O, izləyicilərinin sosial şəbəkədə varlı həyat tərzi ilə tanınan keçmiş model Diana Əhədpurla bağlı yazdıqlarına münasibət bildirib:
 
"Onların dərdini çəkməyin. Sizin kimi oturub düşünmür ki, görəsən gələn ay uşağın hazırlıq pulunu necə ödəyəcəyəm? Kirayə haqqını bu ay ödədim, gələn ay necə olacaq? Cinayət törətməmək şərti ilə pul qazanmaq üçün nə etsəniz, mübahdır. Elə zəmanədə yaşayırıq ki, pul qazanmalısan. Qazanmadın vay halına".
Chosen
14
6
moderator.az

7Sources