EN

Putin döyüşəcəklərini elan etdi- ÖZƏL

"Rusiya prezidenti V. Putin "Valday" diskusiya klubunda çıxışı tam olaraq Qərbə həsr etmişdi. Ukraynanın son aylar Rusiyanın ərazilərinə sarsıdıcı zərbələri, ABŞ-ın Ukraynaya artan hərbi dəstəyi, yeni raketlər verməsi V. Putini aqressiv mövqe ortaya qoymasına sövq edib. V. Putin hesab edirdi ki, Qərb Alyansını parçalayacaq və Ukraynada istədiyini edib iki qütbülü siyasi nizam quracaq. Amma, ABŞ və Avropanın fikir ayrılıqlarını kənara qoyub vahid cəbhədə birləşməsi, V. Putinin planlarının üstündən xətt çəkmiş oldu. V. Putin Ukraynada hərbi əməliyyatlarla planı reallaşdırmaq mümkün olmadığı üçün nüvə təhdidinə qabardır. ABŞ başda olmaqla NATO Rusiyanın artıq nüvə təhdidlərinə eyni tonda cavab verməsi, Kreml rəhbəri üçün "soyuq duş" efekti yaradıb". "Olaylar" xəbər verir ki, bunu Milli Cəbhə partiyasının başqanın müavini, siyasi ekspert Məhəmməd Əsədullazadə deyib: ""Valday" diskusiya klubunda V. Putin geri çəkilmədiyini və döyüşəcəklərini elan etdi.  V.Putin üç il ərzində var qüvvəsi ilə döyüşür. Amma, Ukraynanın şərqində ilişib qalıb. Buna baxmayaraq, Avropanın digər ölkələrinin təhlükəsizliyini təhdid edir. Məhz ABŞ və Avropa bundan sonra, Ukraynaya tam hərbi yardımlar göndərməyə başlayır. Bununla da Rusiya ilə  döyüşməyə başlayırlar. Artıq, Rusiyanın döyüş tempi zəifləməyə doğru gedir. Ona görə də V. Putin Ukraynanın Atom Elektrik Stansiyalarinı hədəf göstərir. Bununla, nüvə çirkləndirməsinə gedəcəyindən  çəkinmədiyi mesajıni verdi. Halbuki, Ukraynanın Rusiyanın istənilən regionunda AES vurmaq potensialı var. Bunu Ukrayna dəfələrlə sübut edib. Eyni aqibəti Ukrayna Rusiyaya yaşada bilər. 
Təbii ki, Rusiya -Ukrayna müharibəsinin davam edəcəyi və nüvə silahına əl atılmayacaq. Rusiyaya hərbi təzyiqlər artıqca, V. Putin D. Trampla yenidən bir araya gəlməyə çalışacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
5
olaylar.az

1Sources