EN

"Qəribə bir kədərlə üzümə baxıb gələ bilməyəcəyini dedi"

Əməkdar artist Aybəniz Haşımova mərhum Əməkdar artist Cabir İmanovla bağlı danışıb.

Publika.az xəbər verir ki, onun istəyi ilə konsertə hazırlaşdıqlarını deyən müğənni sosial media hesabında yazıb.

"7 oktyabrda Şəhriyar adına Mədəniyyət Sarayında dahi Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunmuş konsert keçirməyi planlaşdırmışdıq. Bu layihə bizim əziz dostumuz, mərhum Cabir İmanovun sənət adına verdiyi son qərarı idi... Təəssüf ki, onun vaxtsız və gözlənilməz gedişi hamımızı dərin kədərə boğdu və məni çox çətin bir seçim qarşısında qoydu. Son dəfə onunla keçən həftənin cümə günü görüşdük. Dedim, bu konsertdə tələbələrimlə birgə yalnız Üzeyir bəyin deyil, onun davamçısı olmuş digər bəstəkarların da əsərlərini o, cümlədən babanız Süleyman Ələsgərovun "Bilsəm sən gəlirsən" mahnısını şəxsən özüm ifa edəcəyəm... Cabir bəy sevinərək "Çox gözəl olacaq"... Mən də "İnşallah, sizi də konsertdə gözləyəcəyik" söylədim. O isə qəribə bir kədərlə üzümə baxıb, "İndidən üzrlü sayın, ola bilsin ki, gələ bilməyim" dedi. Gələ bilməyəcək... "Ola bilsin ki, rayona getdik, amma buradan qətiyyən narahat olmayın. Hər şey ürəyinizcə olacaq. "Necə lazımdır, tapşırmışam" dedi. Bu sözlər qulağımdan getmir və mən nə edəcəyimi bilmirəm. Əlim, qolum sanki sınıb... Bir tərəfdən bu böyük itkinin acısı, digər tərəfdən onun sənət adına verdiyi son qərarı... Özüdə, Üzeyir Hacıbəylinin - 140 illiyinə həsr olunmuş yubiley konserti... Siz mənim yerimdə olsaydınız nə edərdiniz?".

Chosen
2
3
publika.az

4Sources