EN

"İçərişəhər" Dövlət Qoruğunun İdarə Heyətinə yeni üzv təyin olunub

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinə yeni üzv təyin edilib.

Bu barədə "İki sahil"ə Qoruq İdarəsindən məlumat verilib.

Bildirilib ki, bu vəzifəyə Aytac Əlisultanlı təyinat alıb.

Aytac Əlisultanlı peşəkar fəaliyyətinə müxtəlif özəl şirkətlərdə başlayıb, bir müddət "Pasha Construction" şirkətində memar olaraq çalışıb.

2021-ci ildən Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsində rəhbər vəzifələrdə çalışıb, 3-cü və daha sonra 2-ci dərəcəli dövlət qulluqçusu olub.

O, Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin və UNESCO yanında Abidələr və Tarixi Yerlər üzrə Beynəlxalq Şuranın (ICOMOS) üzvüdür. 2015-ci ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən "İlin Gənci" mükafatı ilə təltif olunub.

2025-ci ilin aprel ayından etibarən Aytac Əlisultanlı "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Elmi-Mədəni Mərkəzində direktor müavini, daha sonra isə direktor vəzifəsində çalışıb.

Chosen
7
28
ikisahil.az

10Sources