EN

“Vaşinqton görüşündən sonra regionda sülh prosesi yeni mərhələyə qədəm qoyub” - Politoloq

 “Vaşinqton görüşündən sonra regionda sülh prosesi yeni mərhələyə qədəm qoyub”

News365.az xəbər verir ki, politoloq Polad Mehdiyev 8 avqustda Vaşinqtonda keçirilən görüşdən sonra Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının yeni mərhələyə keçdiyini bildirib.

Onun sözlərinə görə, həmin görüşdə sülh sazişinin mətni parapflanıb və qarşıya bir sıra vacib tapşırıqlar qoyulub:

“Əsas hədəf Ermənistanın Konstitusiyasındakı dəyişikliklərin həyata keçirilməsi, Azərbaycana qarşı ərazi iddialarının qanunvericilikdən çıxarılması və bununla bağlı hüquqi çərçivənin tənzimlənməsidir. Bu isə müəyyən vaxt tələb edir. Sülh sazişi bağlanana qədər tərəflər arasında müzakirə olunacaq məsələlər qalır”.

Politoloq qeyd edib ki, Zəngəzur dəhlizinin açılması da bu prosesin mühüm tərkib hissəsidir:

“Bu istiqamətdə ‘alfa xəritəsi’ formalaşdırılmalı, eyni zamanda potensial təhdidlər neytrallaşdırılmalıdır. Ermənistan üzərinə düşən öhdəlikləri icra etməli, kənar dövlətlərin müdaxilələrinə qarşı müqavimət göstərməlidir. ABŞ–Azərbaycan münasibətləri fonunda da Ermənistanın bu məsuliyyəti yerinə yetirməsi vacibdir”, – deyə Polad Mehdiyev vurğulayıb.

News365.az 

Chosen
10
news365.az

1Sources