EN

Rusiya Fransaya sığınan aktrisanı beynəlxalq axtarışa VERDİ

Rus aktrisa və teleaparıcı Yana Troyanova beynəlxalq axtarışa verilib.

Musavat.com xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi Teleqram kanalında məlumat yayıb.

"Aktrisa Troyanova qarşı cinayət işi üzrə istintaq başa çatıb. Onun bəyanatları rusların milli mənsubiyyətinə görə şərəf və ləyaqətini alçaltmağa yönəlib", - bəyanatda deyilir.

Qeyd olunur ki, daha əvvəl məhkəmə Troyanovanı xarici agentlərin fəaliyyətini tənzimləyən qaydaları pozduğuna görə dəfələrlə cərimələyib.

Xatırladaq ki, 2022-ci ildə aktrisa Rusiyanı tərk edərək Fransada məskunlaşıb. O, dəfələrlə Rusiya hökumətini və müharibəni tənqid edib, həmçinin rus xalqı haqqında mənfi fikirlər səsləndirib.

Musavat.com

Chosen
42
1
musavat.com

2Sources