Payız mövsümünün başlaması ilə birlikdə qeyri-sabit və yağışlı hava şəraiti müşahidə olunur. Belə havalarda insanlar səyahət planlarını dəyişə bilirlər. Maraqlıdır, payız turizmə necə təsir göstərir və bu mövsümdə vətəndaşlar hansı turizm növlərinə üstünlük verirlər?
News24.az-a açıqlamasında turizm üzrə ekspert Rəhman Quliyev bildirib ki, yağışlı və qeyri-sabit hava xüsusilə çimərlik turizmi, dağ yürüşləri və kənd turizmi kimi açıq hava fəaliyyətlərinə mənfi təsir göstərir:
"Bu vÉ™ziyyÉ™t bölgÉ™lÉ™rdÉ™ yerləşən hotel vÉ™ istirahÉ™t mÉ™rkÉ™zlÉ™rinin doluluq sÉ™viyyÉ™sinin azalmasına, son dÉ™qiqÉ™ ləğvlÉ™rinin artmasına vÉ™ bron göstÉ™ricilÉ™rinin aÅŸağı düşmÉ™sinÉ™ sÉ™bÉ™b olur. TuristlÉ™r mövcud hava risklÉ™rini nÉ™zÉ™rÉ™ alaraq sÉ™yahÉ™tlÉ™rini tÉ™xirÉ™ salır vÉ™ ya tamamilÉ™ ləğv edirlÉ™r ki, bu da daxili turizm axınında durÄŸunluq yaradır".Â
Ekspert əlavə edib ki, kəskin hava hadisələri nəqliyyat infrastrukturunda çətinliklər yaradaraq yolların bağlanmasına və hərəkətin məhdudlaşmasına səbəb ola bilər:
"Bu isə həm turistlərin, həm də turizm xidmət təminatçılarının fəaliyyətinə mənfi təsir göstərir. Buna baxmayaraq, əlverişsiz hava şəraiti alternativ turizm növlərinə marağı artırır. Belə şəraitdə şəhər turizmi, muzey və mədəniyyət turları, sağlamlıq və SPA mərkəzləri daha çox diqqət çəkir".
Ekspert qeyd edib ki, hava amili turizm bazarında istehlakçı davranışlarının fərqlənməsinə səbəb olur.
R.Quliyev ümumilikdə vurğulayıb ki, hava şəraiti turizmin planlaşdırılmasında strateji risk faktorudur:
"AzÉ™rbaycanda turizm siyasÉ™tindÉ™ çevik yanaÅŸmaların tÉ™tbiqi, mövsümi adaptasiya imkanlarının geniÅŸlÉ™ndirilmÉ™si vÉ™ alternativ turizm növlÉ™rinin inkiÅŸafı bu risklÉ™rin azaldılması baxımından böyük É™hÉ™miyyÉ™t kÉ™sb edir".Â
Xeyrənsə Piriyeva