Fövqəladə Hallar Nazirliyinin Akademiyasının rəisi general-mayor Baba Salayevə birinci müavin təyin edilib.
Bizim.Media “Qaynarinfo.az”a istinadən xəbər verir ki, bu barədə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb.
Əmrə əsasən, polkovnik Mehbalıyev Fuad Fərhad oğlu Baba Salayevin birinci müavin təyin olunub.
Qeyd edək ki, Fuad Mehbalıyev bundan əvvəl FHN-nin Rəqəmsal texnologiyalar və innovasiyaların inkişafı Baş idarəsinin rəis müavini vəzifəsində çalışıb.
Bizim.Media