Türkiyəli jurnalist Fatih Altaylının həbsdə saxlanılmasına qərar verilib.
NOCOMMENT.az “Milliyet” qəzetinə istinadən xəbər verir ki, 5 il həbs cəzası istənilən jurnalist bu gün ilk dəfə hakim qarşısına çıxarılıb. Məhkəmə Altaylının həbsinin davam etdirilməsinə qərar verib. Növbəti məhkəmə prosesi noyabrın 26-a təyin edilib.
Qeyd edək ki, jurnalist Prezident Rəcəb Tayyib Ərdoğanı təhdid etməkdə ittiham olunur.