EN

Suriya hökuməti Əs-Suveydada parlament seçkiləri keçirməyəcək

Suriya hökuməti iyul ayında yerli druz icması ilə silahlı toqquşmaların baş verdiyi Əs-Suveyda əyalətində bazar gününə təyin edilmiş parlament seçkilərini keçirməməyi qərara alıb...

Bu barədə "Report" "Reuters" agentliyinə istinadən xəbər verir.

Seçkilər ölkənin kürd özünümüdafiə dəstələrinin nəzarətində olan şimal-şərq bölgəsində də təşkil edilməyəcək. Bu o deməkdir ki, 210 mandatlı parlamentdə 19 yer boş qalacaq.

Agentlik qeyd edir ki, seçkilər birbaşa olmayacaq, çünki indiki mərhələdə seçicilərin dəqiq reyestrini yaratmaq və ümumxalq səsverməsi keçirmək mümkün deyil: demək olar ki, 14 illik vətəndaş müharibəsi səbəbindən milyonlarla suriyalı daxili və ya xarici məcburi köçkünə çevrilib və onların bir çoxu şəxsi sənədlərini itirib.

Qarşıdan gələn seçkilər ölkənin sabiq prezidenti Bəşər Əsədin devrilməsindən sonra ilk parlamentin formalaşmasına kömək edəcək.
Suriya Xalq Şurası yanvarın 29-da müvəqqəti hökumətin fərmanı ilə buraxılıb.

Poliqon.info

Chosen
11
3
poliqon.info

4Sources