Konfransda Veysəloğlu Distribusiya Tədarük Zənciri Direktoru, İdarə Heyətinin üzvü Tural Cəfərli “Tədarük Zəncirində Təkamül” mövzusunda təqdimatla çıxış edib. Məruzə beynəlxalq iştirakçılar və SPAR International rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib.
Nümayəndə heyətinə Anbar Əməliyyatları Departamentinin müdiri Fəxrim Cabbarlı, “HiPo” layihəsinin iştirakçıları – Tədarük Zənciri Dizaynı və Təhlili üzrə ekspert Cavanşir Abbasov və təchizat üzrə aparıcı mütəxəssis Könül Əhmədova daxil olub. Onlar həmçinin SPAR Hebei Jiajiayue və dünya nəhəngi Jingdong (JDL)-in tam avtomatlaşdırılmış logistik mərkəzlərini ziyarət edərək ən son innovativ həllərlə tanış olublar.
“Yüksək Potensiallı Əməkdaşların Dəyərləndirilməsi və İnkişafı Layihəsi (HiPo)”nın iştirakçılarının konfransda iştirakı onların qlobal təcrübəni yaxından öyrənməsinə, yenilikləri izləməsinə və beynəlxalq şəbəkələşmə imkanları qazanmasına şərait yaradıb.