EN

Veysəloğlu-Distribusiya Çində keçirilən beynəlxalq logistika konfransında iştirak edib

16–21 sentyabr 2025-ci il tarixlərində Veysəloğlu Şirkətlər Qrupuna daxil olan Veysəloğlu Distribusiya beynəlxalq təcrübə mübadiləsinə verdiyi önəmi bir daha nümayiş etdirərək, Çinin paytaxtı Pekində keçirilən SPAR Supply Chain Conference-da iştirak edib.
Tədbirdə 36 ölkədən 144 nümayəndə bir araya gələrək tədarük zəncirinin idarə olunması, anbar və nəqliyyat əməliyyatlarının optimallaşdırılması, inventar idarəçiliyində süni intellekt əsaslı texnologiyalar, robotlaşdırma və “green logistics” sahəsində müasir həllər barədə müzakirələr aparıb.
Konfransda Veysəloğlu Distribusiya Tədarük Zənciri Direktoru, İdarə Heyətinin üzvü Tural Cəfərli “Tədarük Zəncirində Təkamül” mövzusunda təqdimatla çıxış edib. Məruzə beynəlxalq iştirakçılar və SPAR International rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib.
Nümayəndə heyətinə Anbar Əməliyyatları Departamentinin müdiri Fəxrim Cabbarlı, “HiPo” layihəsinin iştirakçıları – Tədarük Zənciri Dizaynı və Təhlili üzrə ekspert Cavanşir Abbasov və təchizat üzrə aparıcı mütəxəssis Könül Əhmədova daxil olub. Onlar həmçinin SPAR Hebei Jiajiayue və dünya nəhəngi Jingdong (JDL)-in tam avtomatlaşdırılmış logistik mərkəzlərini ziyarət edərək ən son innovativ həllərlə tanış olublar.
Yüksək Potensiallı Əməkdaşların Dəyərləndirilməsi və İnkişafı Layihəsi (HiPo)”nın iştirakçılarının konfransda iştirakı onların qlobal təcrübəni yaxından öyrənməsinə, yenilikləri izləməsinə və beynəlxalq şəbəkələşmə imkanları qazanmasına şərait yaradıb.


Chosen
20
26
yenilik.az

10Sources