EN

Laza yolu lil və palçıqdan təmizlənir - VİDEO

Ötən gün gecə saatlarından etibarən Qusar rayonunun Laza kəndi ərazisində dağlıq sahələrdən kəndə doğru yenidən palçıq və lil axını müşahidə olunub. Nəticədə mövcud avtomobil yolunun hərəkət hissəsi çirklənib, bu da nəqliyyat vasitələrinin hərəkətində müəyyən çətinliklərə səbəb olub.

Gundem.az xəbər verir ki, bununla bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Bildirilib ki, mövcud vəziyyətlə bağlı Agentliyin texnikası və canlı qüvvəsi əraziyə cəlb edilib. Görülən tədbirlər nəticəsində yolun hərəkət hissəsi palçıq və lil kütləsindən təmizlənib, nəqliyyatın hərəkəti qismən bərpa olunub.

Hazırda ərazidə təmizləmə və bərpa işləri davam etdirilir.

 

Chosen
9
18
gundem.az

10Sources