EN

Agentlik: "Dövlət satınalmalarının həcmi eyni qalsa da, dəyəri azalıb"

Dövlət satınalmaları haqqında yeni qanun qəbul etdikdən, yeni normalar qüvvəyə mindikdən sonra satınalmaların həcmi eyni qalsa da, onun dəyəri azalıb.

FED.az xəbər verir ki, bunu Bakıda keçirilənm II Milli Rəqabət Forumu çərçivəsində sual-cavab sessiyası zamanı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi sədrinin müşaviri Cəfər Babayev deyib.

O qeyd edib ki, nəticədə satınalmalarda qənaət formalaşıb:

“Bununla belə qənaətin kiməsə pulun ayrılmaması və ya pul verilməməsi ilə əlaqələndirilməsi düzgün deyil. Diqqətə çatdırımaq istəyirəm ki, biz maliyyə ayıran deyil, nəzarətedici orqanıq. Funksiyamız da dövlət satınalmalarına nəzarətdən ibarətdir. Yəni satınalma zamanı əgər qanun düzgün icra olunmursa, bu faktı qeyd etmək bizim işimizdir", - deyə C.Babayev əlavə edib.

Chosen
12
6
fed.az

8Sources