EN

Laza kəndində SON VƏZİYYƏT - VİDEO

Ötən gün gecə saatlarından etibarən Qusar rayonunun Laza kəndi ərazisində dağlıq sahələrdən kəndə doğru yenidən palçıq və lil axını müşahidə olunub.
 
Moderator.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
 
Bildirilib ki, nəticədə mövcud avtomobil yolunun hərəkət hissəsi çirklənib, bu da nəqliyyat vasitələrinin hərəkətində müəyyən çətinliklərə səbəb olub.
 
Mövcud vəziyyətlə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin texnikası və canlı qüvvəsi əraziyə cəlb edilib.
 
Görülən operativ tədbirlər nəticəsində yolun hərəkət hissəsi palçıq və lil kütləsindən təmizlənib, nəqliyyatın hərəkəti qismən bərpa olunub.
 
Həmin ərazidən görüntüləri təqdim edirik:
 
Chosen
8
20
moderator.az

10Sources