EN

Saaakaşvili: “Gürcüstanda inqilab qaçılmazdır, amma bu dəfə partiya inqilabı olmayacaq” – ÖZƏL

Olaylar.az xəbər verir ki, Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvili bildirib ki, ölkədə inqilab qaçılmazdır, lakin bu proses 2003-cü ildən fərqli olaraq partiyaların deyil, xalqın - xüsusən də gənclərin təşəbbüsü ilə baş verəcək.

O, sosial şəbəkədə yazıb ki, hazırda bəzi siyasi qüvvələr oliqarx Bidzina İvanişviliyə loyal mövqedə dayanaraq müxalifətin əsas hissəsini zəiflətməyə çalışır. Saakaşvilinin sözlərinə görə, bu qüvvələr öz maliyyə imkanlarından istifadə edərək telekanallarda müəyyən təbliğat aparır və protest hərəkatının uğursuzluğuna ümid edirlər.

"Rəqib partiyaların diskreditasiyası və "rus rejiminin" saxlanılmasına oynayan qüvvələr var. Ancaq Gürcüstanda artıq vəziyyət dəyişib. İndiki dövrdə uğurlu inqilablar - Nepalda, Madaqaskarda, hazırda Serbiyada olduğu kimi - gənclərin təşəbbüsü ilə baş verir. Gürcüstanda da etirazların nüvəsi gənc nəsildir və bu axın dar siyasi maraqları nəzərə almayacaq", - deyə Saakaşvili vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
5
olaylar.az

1Sources