EN

"Azəriqaz": Tariflər hər zaman bazar reallığını tam əks etdirmir

BAKI, 3 oktyabr. TELEQRAF

Tariflər hər zaman bazar reallığını tam əks etdirmir. Liberal iqtisadiyyata keçid zamanı isə çevik qiymət siyasəti tətbiq olunur ki, bu da uzun müddət sabit tariflərə öyrəşmiş biznes subyektləri üçün müəyyən adaptasiya dövrü tələb edəcək.

Teleqraf xəbər verir ki, bunu "Azəriqaz" İstehsalat Birliyinin baş direktorunun strategiya və dayanıqlılıq üzrə müavini Təbriz Əmmayev II Milli Rəqabət Forumu çərçivəsində "Təbii inhisarların tənzimlənməsi: Rəqabət və ictimai maraqlar" mövzusunda panel müzakirəsində bildirib.

Təbii inhisarların qarşısında duran əsas tələblərdən biri sosial öhdəliklər və ictimai maraqlardır. Günün sonunda bu amillər real nəticələrə, istehlakçı rifahının artmasına, investisiya imkanlarının genişlənməsinə və əməliyyatların səmərəliliyinə gətirib çıxarır.

Əlbəttə, resursların bölgüsündə yalnız iqtisadi deyil, həm də sosial faktorlar mühüm rol oynayır.

Onlar həm də ictimai etimadın formalaşdırılması və ümumi mənafelərin qorunması baxımından vacibdir.

Chosen
12
teleqraf.com

1Sources