EN

“Telefonlarınızı dinləmirik” - İnstaqram rəhbəri

“İnstagram”ın baş direktoru Adam Mosseri sosial şəbəkədə paylaşdığı yazıda platformanın istifadəçilərin söhbətlərini “dinləyərək” onlara uyğun reklam göstərməsi barədə yayılan iddiaları təkzib edib.

Bizim.Media xəbər verir ki, Mosseri bu barədə “İnstagram” hesabında məlumat verib.

Mosserinin sözlərinə görə, reklamların bu qədər dəqiq işləməsi çoxlarına inanılmaz gəlir. 
 

Mosseri əlavə edib ki, əgər mikrofon işləsəydi, bu, ekranda xüsusi göstərici ilə əks olunardı və cihazın batareyası daha sürətlə boşalardı. Onun sözlərinə görə, reklamların dəqiqliyi Meta ilə reklamverənlərin sıx əməkdaşlığı ilə bağlıdır: şirkətlər saytı ziyarət edənlər barədə məlumatı paylaşır və nəticədə reklam daha uyğun görünür. Bundan başqa, istifadəçilərə oxşar maraqları olan insanların seçiminə əsasən reklam göstərilir.


“İnstagram” rəhbəri vurğulayıb ki, dəqiq uyğunluq bəzən texnologiyadan başqa, sadəcə təsadüflərlə və ya insan psixologiyası ilə də bağlı ola bilər.

Məsələn, istifadəçi reklamı söhbətdən əvvəl görsə də, ona diqqət etməyib.

Qeyd edək ki, “Meta” 2016-cı ildə cihazların mikrofonundan heç vaxt məlumat toplamadıqlarını bildirmişdi. Sonradan şirkətin rəhbəri Mark Zukerberq də ABŞ Konqresində çıxışı zamanı bu iddiaları təkzib etmişdi.

Bizim.Media

Chosen
40
bizim.media

1Sources