EN

Biləsuvarda ağır qəza - Fotolar- Yeniləndi

Biləsuvar rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

News24.az xəbər verir ki, hadisə Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunun Arazbari kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “VAZ 2107” və “Mercedes” markalı minik avtomobillərinin toqquşması nəticəsində ölən və yaralalanların olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Əlavə məlumat veriləcək. (Qafqazinfo)

15:00

***

Oktyabrın 3-ü saat 15:20 radələrində Biləsuvar rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 1 nəfər (kişi cinsli) şəxs Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

News24.az-a TƏBİB-dƏn verilən məlumata görə, 1992-ci il təvəllüdlü şəxsə sol topuğun səthi travması diaqnozu təyin olunub. Pasiyentə zəruri tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.

Hadisə nəticəsində Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunan 1986-cı il təvəllüdlü şəxsə qapalı kəllə-beyin travması, döş qəfəsinin küt travması, serebral komatoz vəziyyət diaqnozu təyin olunub.

Həkimlərin çoxsaylı səylərinə baxmayaraq, saat 14:00 radələrində pasiyentin ölüm faktı qeydə alınıb.

Meyit təşrih olunması üün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Biləsuvar rayon şöbəsinə təhvil verilib.

Aqil Qarayev

Chosen
126
14
news24.az

10Sources