EN

Putinlə Zelenski BAŞLADI! Enerji obyektləri DAĞIDILIR, şəhərlər BOMBALANIR – CANLI

Oktyabrın 3-nə keçən gecə ruslar Xarkov və Poltava vilayətlərindəki “Naftoqaz” obyektlərinə 35 raket (o cümlədən xeyli sayda ballistik raketlər) və 60 pilotsuz uçan aparat atıblar.

Musavat.com xəbər verir ki, bu barədə “Naftoqaz” məlumat yayıb. Hücumların bəzisi dəf edilsə də, nəticədə şirkətin bir sıra obyektləri ciddi ziyan görüb, zərərlərin bir hissəsi kritik dərəcədə olub.

Energetika Nazirliyi bildirib ki, Poltava vilayətində bir neçə qaz istehsalı müəssisəsində əməliyyatlar dayandırılıb.
Rusiya Federasiyasının Orenburq vilayətində yerləşən Orsknefteorgsintez (Orsk) neftayırma zavodu Ukrayna ordusunun döyüş dronlarının hədəfinə çevrilib.

Obyektə ən azı iki uzun mənzilli “Liutyi” (Fierce) tipli PUA ilə zərbə endirilib. Zavod Rusiya-Ukrayna sərhədindən təxminən 1400 kilometr uzaqlıqda yerləşir ki, bu da Ukraynanın son aylarda inkişaf etdirdiyi uzunmənzilli pilotsuz uçuş texnologiyasının imkanlarını nümayiş etdirir.

Rusiya tərəfi hücumu təsdiqləsə də, zavodun fəaliyyətində ciddi fasilə yaranmadığını iddia edir. Lakin müstəqil mənbələr Orsk neftayırma müəssisəsinin zərər gördüyünü bildirirlər. Zavodun illik emal gücü təxminən 6,6 milyon ton neft təşkil edir və burada benzin, dizel, bitum və yağlar da daxil olmaqla müxtəlif neft məhsulları istehsal olunur.

Qeyd edək ki, Ukrayna son aylarda Rusiyanın dərin arxa cəbhəsində yerləşən enerji və yanacaq infrastrukturunu hədəf alır. Bu, həm Rusiyanın hərbi-logistik təminatına zərbə vurmaq, həm də ölkənin iqtisadi resurslarını zəiflətmək məqsədi daşıyır.
Hadisə ilə bağlı insan tələfatı barədə rəsmi məlumat açıqlanmayıb.

TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu gündəmi siyasi şərhçi Elçin Xalidbəyli ilə müzakirə edir.

https://www.facebook.com/tvmusavat

https://www.youtube.com/@musavattv

Chosen
12
2
musavat.com

3Sources