EN

Çirkli hava uşaqların görmə qabilliyyətini zəiflədir

Getdikcə daha çox uşaq görmə problemi yaşayır. Bu məsələdə artan ekran vaxtının əsas səbəb olduğu düşünülür. Ancaq yeni bir araşdırma onların nəfəs aldıqları havanın da uşaqların görmə qabiliyyətinə təsir etdiyini göstərir.

 

News365.az xəbər verir ki, Birmingem Universitetinin alimləri müəyyən ediblər ki, azyaşlı uşaqlar yüksək səviyyəli hava çirkləndiricilərinə – azot dioksid (NO₂) və incə hissəciklərə (PM2.5) ən çox həssasdırlar.

 

Yeniyetmələrdə havanın çirklənməsinin təsiri daha zəifdir. Lakin  irsiyyət və həyat tərzi daha çox rol oynayır. Çirklənmiş hava gözün iltihabına səbəb olur, görmə inkişafı üçün vacib olan günəş işığına məruz qalmağı azaldır və gözün formasını dəyişən kimyəvi prosesləri işə salır. Əksinə, təmiz hava miyopiyanın inkişafını ləngidə bilər.

 

Buna görə də tədqiqatçılar hesab edirlər ki, məktəblərdə hava təmizləyici qurğuların quraşdırılması, “təmiz zonalar” yaradılması və məktəb binalarının yaxınlığında avtomobillərin hərəkətinin məhdudlaşdırılması uşaqların görmə qabiliyyətini qorumaq üçün əlverişli strategiya ola bilər.

 

News365.az 

Chosen
19
news365.az

1Sources