EN

Rusiyalı milyarder İbrahim Süleymanov saxlanılıb

Ajans.az xəbər verir ki,bu barədə Baza Telegram kanalı məlumat yayıb. Məlumata görə, Süleymanov oktyabrın 2-nə keçən gecə saxlanılıb və əvvəllər törədilmiş bir neçəqat qətldə iştirakı ilə bağlı istintaqa cəlb olunub. Hazırda istintaq orqanları onun həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəməyə müraciət etməyi planlaşdırır. Telekanalın məlumatına əsasən, İbrahim Süleymanov Rusiyanın ən nüfuzlu milyarderlərindən biri hesab olunur. O, bundan əvvəl dələduzluq və çirkli pulların yuyulması maddələri ilə də istintaqa cəlb edilib və məhkum olunub, lakin bu hallara baxmayaraq, ictimai nüfuzunu və təsir dairəsini saxlamağa nail olub.

Xatırladaq ki, bir müddət əvvəl Yekaterinburq məhkəməsi “Oblkommunenergo”nun keçmiş rəhbəri Anton Bolikov, həmçinin STS Korporasiyasının ortaq sahibləri Tatyana Çernıx və kommunal sahədə fəaliyyət göstərən milyarder Aleksey Bobrovu kommunal fırıldaqçılıq ittihamı ilə həbs etmişdi.

Chosen
30
Ajans.az

1Sources