EN

“Qarabağ”a layiqincə məğlub olduq”: “Kopenhagen”in hücumçusu

Danimarkanın “Kopenhagen” klubunun hücumçusu Mohammad Elyunussi Çempionlar Liqasının əsas mərhələsinin 2-ci turunda Bakıda “Qarabağ”a məğlubiyyəti (0:2) şərh edib.

"Cebheinfo.az" xəbər verir ki, klubun rəsmi saytına açıqlama verən norveçli “Qarabağ”ın gücünü etiraf edib:

“Təbii ki, çox zəif çıxışımızdan məyus oldum. Mənə elə gəlir ki, ilk hissədə matçı uduzduq. Biz mübarizələrdə yarım saniyə gecikdik və onlar həm havada, həm də meydançada duellərdə qalib gəlirdilər. “Qarabağ” bizdən daha kəskin görünürdülər və daha sürətli hərəkət edirdilər, daha güclü olmalı olduğumuz sahədə məğlubiyyət çox məyusedicidir.

“Qarabağ”ın təzyiqi bizi təəccübləndirmədi. Ona görə də həmişəkindən bir qədər sərt oynamağa çalışdıq, amma alınmadı. Onların qolundan dərhal sonra gözəl fürsətim yarandı, özüm qol vurmalı idim və məsuliyyəti öz üzərimə götürürəm. İkinci hissədə itirəcək heç nəyimiz qalmadığından daha sərbəst oynadıq, həm də kifayət qədər şanslar yaratdıq. Əgər qol vursaydıq, oyunu dəyişə bilərdik. Lakin ümumilikdə, layiqincə məğlub olduq”.

"Cebheinfo.az" 

Chosen
20
5
cebheinfo.az

6Sources