EN

Kardaşyanın yaxın adamı onun QƏTLİNİ SİFARİŞ ETDİ

Əslən Ermənistandan olan Amerikanın realiti-şou ulduzu Kim Kardaşyan şok iddia ilə çıxış edib. Onun sözlərinə görə, yaxınlarından biri onu öldürmək üçün qatil tutub.

Publika.az "EOnline"a istinadən xəbər verir ki, o, bunu "The Kardashians" realiti-şousunun yeni, yeddinci mövsümünün dramatik treylerinde açıqlayıb.

“Müstəntiqlər mənə zəng etdi. Mənə çox yaxın birisi qətlimi sifariş edib”, - deyə o bildirib.

Bu xəbər onun ailəsini təşvişə salıb. Kim özü də etiraf edib ki, o, "öləcək qədər qorxub". Videonun sonunda isə göz yaşları içində “təhlükənin artıq arxada qaldığına görə xoşbəxt olduğunu” söyləyib.

Chosen
18
publika.az

1Sources