EN

İcra başçısının “Vikipediya” səhifəsi barədə maraqlı xəbər yayılıb

İcra

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidovun “Vikipediya” məlumatları müzakirələrə səbəb olub.

Reyting.a
z Pravda.az-a istinadla xəbər verir ki, Seyidovun “Vikipediya” hesabında “Tənqid” bölməsində yazılanlar icra başçısının öz məlumatlarına nəzarəti itirdiyini göstərir.

Məlumatlarda qeyd olunub ki, sələfi Rauf Mərdiyevin sədrliyi vaxtında olduğu kimi, Mirhəsən Seyidovun sədrliyi dönəmində də “İrəli” İctimai Birliyi kollektiv siyasi trollinq vasitəsilə internetdəki müzakirələri təhrif etməyə davam edib. Bildirilir ki, Mərdiyevin gedişindən sonra “İrəli” troll fəaliyyətinə davam etdirsə də, bir qədər kölgədə qalıb, lakin digərləri bu fəaliyyəti “İrəli” üzvləri kimi peşəkarcasına apara bilməyiblər.

“Vikipediya”ya nəzarətin itirilməsi sosial şəbəkələrdə müzakirələrə, tənqidlərə səbəb olub.

Xatırladaq ki, Mirhəsən Seyidov 2020-ci ildə Neftçala rayonuna icra başçısı təyin edilib. O, 2014-cü ildən 2020-ci ilə qədər “İrəli” İctimai Birliyinin sədri olub.
Chosen
7
4
reyting.az

5Sources