EN

Göyçay və Ağdaşda restoranlarda vəhşi heyvan və quşların saxlanılması aşkarlanıb

Göyçay və Ağdaş rayonlarında restoranlarda monitorinq zamanı vəhşi heyvan və quşların saxlanılması aşkarlanıb...

Poliqon xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Belə ki, Göyçay rayonunda fəaliyyət göstərən, Allahverdiyev Rübayıl Akif oğluna məxsus "Göygöl" restoranında bir baş meymun və üç baş qırqovulun saxlanıldığı müəyyən edilib.

Həmçinin Ağdaş rayonu, Ağdaş-Qəbələ yolunda fəaliyyət göstərən, Mehdiyev Arif Şoşan oğluna məxsus "Sərin" restoranında isə yeddi baş çöl quşunun (iki baş qırqovul, üç baş kəklik və iki baş ördək) baytar nəzarəti olmadan qapalı məkanda saxlanıldığı aşkarlanıb.

Sahibkarlıq subyektlərinə heyvan və quşların xüsusi mühafizə olunan təbiət ərazilərinə və ya heyvan rifahı tələblərinə cavab verən heyvan parklarına təhvil verilməsi, saxlandığı yerdə təmizlənmə, dezinfeksiya və digər baytarlıq-sanitariya tədbirlərinin görülməsi ilə bağlı tapşırıqlar verilib.

Tapşırıqlara əməl olunmayacağı təqdirdə qanunvericiliyə uyğun zəruri tədbirlər görüləcəyi bildirilib.

Poliqon.info

Chosen
8
10
poliqon.info

10Sources