EN

İngiltərə kilsəsinə ilk dəfə qadın rəhbərlik edəcək

İngiltərə Kilsəsinin rəhbəri tarixdə ilk dəfə olaraq qadın seçilib.

Missiya.Az xəbər verir ki,  bu barədə RİA Novosti məlumat yayıb.

Bildirilib ki, Sarah Mallalli bu gün yeni Kenterberri arxiyepiskopu təyin olunub. 63 yaşlı Mallalli bu vəzifəyə təyin olunan ilk qadın olacaq. O, hazırda London yepiskopudur və yanvarda yeni vəzifəsinin icrasına başlayacaq.

Qeyd edək ki, bu təyinat İngiltərə Kilsəsinin 2014-cü ildə qadınlara yepiskop olmaq icazəsi verməsindən sonra Kenterberi arxiyepiskopluğu səviyyəsində ilk belə haldır.

Əvvəlki arxiyepiskop Castin Uelbi ötən il qalmaqallı səbəblərlə istefa vermişdi.

Seyranə QuliyevaMissiya.Az

Chosen
39
missiya.az

1Sources