EN

Gülnarə Xəlilovanın “Şəbəkə” kolleksiyası Qazaxıstanda keçirilən “Turkıstan World Craft Fest”də uğurla təqdim olunub - VİDEO - FOTO

Azərbaycanın tanınmış dizayneri Gülnarə Xəlilovanın "Şəbəkə" adlı kolleksiyası Qazaxıstanın Türküstan şəhərində təşkil olunan "Turkıstan World Craft Fest-2025" beynəlxalq festivalında uğurla nümayiş olunub. Festival Türküstanda açılışı keçirilən "Sənətkarlar şəhərciyinin" tərkibində baş tutub.

Azərbaycanın ənənəvi şəbəkə sənətindən ilham alınaraq hazırlanan "Şəbəkə" kolleksiyası festivalın əsl bəzəyinə çevrilib. Bu kolleksiya müasir dəbi milli sənət ünsürləri ilə birləşdirərək böyük maraqla qarşılanıb.
""Sənətkarlar şəhərciyi" mədəni turizm və sənətkarlıq təhsili mərkəzi kimi nəzərdə tutulub. Burada ənənəvi texnologiyalar qorunacaq və gələcək nəsillərə ötürüləcək. Əsas məqsəd yalnız zəngin sənətkarlıq ənənələrini nümayiş etdirmək deyil, eyni zamanda türkdilli xalqlar arasında mədəni əlaqələri gücləndirməkdir," - deyə dizayner Gülnarə Xəlilova bildirib.

Festivalda Azərbaycan, Özbəkistan, Qırğızıstan, Türkiyə, Tacikistan, Rusiya, Çin və Qazaxıstanın müxtəlif bölgələrindən gəlmiş 100-dən çox sənətkar iştirak edib. Hər biri öz mədəniyyətini və sənət ənənələrini əks etdirən unikal əl işlərini təqdim edib - keramika, xalçaçılıq, zərgərlik və tekstil nümunələri tədbirin əsas maraq nöqtələri olub. Tədbir çərçivəsində ənənəvi texnologiyaların təqdimatı, sənətkarlıq yarmarkaları, ustad dərsləri, qastronomik zonalar və folklor çıxışları da təşkil edilib.

Gülnarə Xəlilova - Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, Avrasiya Etno-dizaynerlər Assosiasiyasının üzvü, sənətşünaslıq üzrə fəlsəfə doktoru və Cizgi brendinin yaradıcısıdır. Onun kolleksiyaları ABŞ, Böyük Britaniya, İsveç, Avstriya, Rumıniya, Türkiyə, Rusiya, Çin, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Bolqarıstan, Norveç, Serbiya, Şimali Kipr Türk Cümhuriyyəti və digər ölkələrdə keçirilən moda həftələri və beynəlxalq tədbirlərdə uğurla nümayiş olunub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Chosen
9
4
milli.az

5Sources