EN

Azərbaycana idxal olunan 2 ton sarıkökdə bakteriya aşkarlanıb

İrandan Azərbaycana idxal olunan 2 ton sarıkök məhsulunda sanitariya normalarına uyğunsuzluq müəyyən edilib. Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Agentliyin açıqlamasına görə, fiziki şəxs Cümşüd Vəliyev tərəfindən idxal olunan və “Saibaba Agrilink Private Limited” əmtəə nişanlı üyüdülməmiş sarıkök partiyasından götürülən nümunələrin laborator müayinəsi nəticəsində Bacillus cereus bakteriyası aşkarlanıb.

Bakteriyaların aşkarlanması ilə əlaqədar olaraq, müvafiq qərar əsasında məhsul partiyası məhv edilib. AQTA qeyd edir ki, insan sağlamlığı üçün potensial risk daşıyan məhsulların ölkə daxilində dövriyyəsinə yol verilməyəcək.

“Bacillus cereus” — qida mənşəli infeksiyalara səbəb olan və xüsusilə ədviyyat, taxıl və quru qida məhsullarında rast gəlinən bakteriya növüdür. Bu növ kontaminasiya halı son illərdə idxal nəzarəti tədbirlərinin gücləndirilməsinə səbəb olub.

Aytac 

Chosen
20
anews.az

1Sources