Qərara əsasən, ölkə Prezidentinin “Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (“AZCON Holding”) yaradılması və bununla əlaqədar bəzi məsələlərin həll edilməsi haqqında” 7 noyabr 2024-cü il tarixli fərmanına uyğun olaraq, “Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətinin səmərəliliyinin qiymətləndirilməsi Qaydası”, “Səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan səhmdar cəmiyyətlərində korporativ idarəetmə Qaydaları və Standartları və “Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətinin nəticələrinə əsaslanan ödəniş sistemi əsasında hüquqi şəxslərin idarəetmə orqanlarının üzvlərinə bonus ödənişinin verilməsi Qaydası” “AZCON Holding”in şirkətlərinə şamil edilməyəcək.