EN

Tarixi Azərbaycan şəhəri yeni paytaxt elan edilir? Mühüm dəyişiklik

GlobalInfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

İran Prezidenti Məsud Pezeşkian ölkədəki ekoloji və infrastruktur problemləri səbəbindən paytaxtın Tehrandan köçürülməsinin qaçılmaz olduğunu bəyan edib. Bu bəyanat ölkə daxilində və xaricdə geniş müzakirələrə səbəb olub. İranın yeni paytaxtının hansı bölgədə yerləşəcəyi, xüsusən də Güney Azərbaycan şəhərləri – Təbriz və ya Ərdəbilin buna uyğun olub-olmadığı maraq doğurur.

Globalinfo.az-a danışan politoloq Qədir Aslan bildirib ki, İranın paytaxtı dəyişmək planı yeni deyil:

“Əvvəllər də bu məsələyə dair konkret fikirlər səsləndirilirdi. Hətta bir ara paytaxtın Hind okeanı sahilinə köçürülməsi gündəmə gəlmişdi. Hesab edirəm ki, bu məntiqli addım ola bilər. Çünki Fars körfəzi və Hind okeanına çıxışı olan bir şəhərin ticarət baxımından faydası daha çoxdur. Yəni İran yalnız siyasi deyil, iqtisadi-strateji səbəblərlə də bu dəyişiklik haqqında düşünür.

Qədir Aslan

Coğrafi amillər bu dəyişikliyi zəruri edir. Ümumiyyətlə, yaxın illərdə təkcə İran deyil, bir çox ölkənin paytaxtlarını dəyişəcəyini gözləyirəm. Son illərdə artan İsrail təhdidi, yəni təhlükəsizlik məsələləri də paytaxtın dəyişdirilməsini aktuallaşdırır. Bəzi ekspertlər quraqlıq və su çatışmazlığını da səbəb kimi göstərsə də, mən bunun əsas amil olduğunu düşünmürəm. Məsələn, Bakı da susuzluq baxımından oxşar risklər daşıyır, amma paytaxt funksiyası təhlükəyə düşmür. İran üçün əsas səbəb təhlükəsizlik və strateji mövqedir”.

Politoloq deyib ki, Güney Azərbaycan şəhərlərinin yeni paytaxt kimi nəzərdə keçirilməsi ehtimalı azdır:

“Çünki bu şəhərlərdə separatizm narahatlıqları və mərkəzi hakimiyyətin demoqrafik balans siyasətinə uyğun gəlməməsi bu variantı çətinləşdirir. Hökumət daha çox etnik baxımdan fars üstünlüyünün olduğu və ya neytral ərazilərə üstünlük verə bilər”.

Turan Rzayev

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
28
globalinfo.az

1Sources