EN

“Atəşgah” Sığorta Şirkəti 4 oktyabr – Heyvanların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar Korporativ sosial məsuliyyət (KSM) strategiyası çərçivəsində xeyriyyə aksiyası həyata keçirib

Təşəbbüsün əsas məqsədi sahibsiz heyvanlara diqqət və qayğının artırılması, onların rifahına dəstək göstərilməsi olub. Aksiya çərçivəsində şirkət əməkdaşları Abşeron rayonu, Pirəkəşkül kəndində yerləşən “Bars” sahibsiz heyvanlar sığınacağına və Nərimanov rayonunda yerləşən pişik sığınacağına baş çəkiblər. Ziyarət zamanı sığınacaqda olan heyvanlar müxtəlif növ qida ehtiyacları ilə təmin edilib.

Əlavə olaraq, şirkət tərəfindən sahibsiz küçə heyvanları üçün şirkətin brend rənglərinə uyğun olaraq hazırlanmış evciklər də istifadəyə verilib. Həmin evciklər Bakı şəhərində yerləşən şirkət ofislərinin qarşısında yerləşdirilərək küçə heyvanları üçün müvəqqəti sığınacaq rolunu oynayacaq.

“Atəşgah” Sığorta Şirkəti uzun illərdir ki, sosial məsuliyyət layihələrinə böyük önəm verir və cəmiyyətə fayda vermək məqsədilə bu cür təşəbbüslərə daim dəstək göstərir. Şirkət yalnız iqtisadi fəaliyyətlə kifayətlənməyərək, sosial və ekoloji sahələrdə də cəmiyyətə töhfə verməyi öz prioriteti hesab edir.

 

Chosen
12
2
banker.az

3Sources