EN

Tariflər çox su istifadəçilər üçün bahalaşacaq - Yeni təkliflər hazırlanır

Azərbaycanda su tariflərinin diferensiallaşdırılması ilə bağlı təkliflər hazırlanır və bu sahədə Türkiyə və Avropa ölkələrinin təcrübəsi öyrənilir. Bu barədə apa Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədrinin müşaviri Əsəd Şirinova istinadən məlumat verib.

Şirinovun sözlərinə görə, bu məsələ "Sudan səmərəli istifadə üzrə Milli Su Strategiyası" çərçivəsində araşdırılır və təhlillər başa çatdıqdan sonra Tarif Şurasına rəsmi təklif təqdim olunacaq.

“Diferensial tarif mexanizminin məqsədi aşağı gəlirli təbəqəni qorumaqdır. Onlar üçün daha güzəştli tariflər nəzərdə tutulur, daha çox su istifadə edən və ya sudan gəlir əldə edən kommersiya obyektləri üçün isə daha yüksək tariflər tətbiq olunur,” –  Şirinov qeyd edib.

Onun sözlərinə görə, bu model hazırda bir çox ölkədə tətbiq olunur və qənaəti təşviq etməklə yanaşı, sosial ədaləti də təmin edir.

“İnsanlar diferensial tarif deyəndə avtomatik qiymət artımını düşünürlər. Halbuki bu, əksinə olaraq, aşağı gəlirli vətəndaşlar üçün sabit və güzəştli qiymətlər deməkdir. Məqsəd resursdan effektiv və ədalətli istifadəni təmin etməkdir,” –  o əlavə edib.

Hazırda Azərbaycanda su təchizatı sahəsində yeganə tarif modeli sabit qiymətə əsaslanır və bütün istehlakçılar üçün eynidir. Bu isə həm sosial baxımdan qeyri-effektiv sayılır, həm də resursların israfına səbəb olur.

“Azərqaz” və “Azərişıq” kimi enerji təminatçıları artıq diferensial tarif modelinə keçib. İstehlak səviyyəsinə uyğun qiymətləndirmə prinsipi, xüsusilə elektrik və qaz sektorlarında tətbiq olunur. Dövlət Su Ehtiyatları Agentliyi bu təcrübələrdən də istifadə etməyi planlaşdırır.

Gülnar 

Chosen
2
1
anews.az

10Sources