EN

İsrail Sumud fəallarını həbs etməlidir… - Nazir

Sumud donanmasının saxlanılan fəallarını öz ölkələrinə deportasiya etmək yox, bir neçə aylıq həbs etmək lazımdır.

Axar.az xəbər verir ki, İsrailin Milli Təhlükəsizlik naziri İtamar Ben-Qvir deyib.

“Məncə onları burada, İsrail həbsxanasında bir neçə ay saxlamalıdırlar ki, terror qoxusuna öyrəşsinlər. Netanyahunun onları evə göndərməyə davam etməsi düzgün deyil, çünki bu onları dəfələrlə geri qayıtmağa vadar edir”, - nazir bildirib.

Qeyd edək ki, 37 ölkədən 200-dən çox üzvü olan 21 gəmidən ibarət Sumud donanması avqustun sonunda Barselona limanından çıxıb. İsrail Hərbi Dəniz Qüvvələri donanmanı 1 oktyabrda Qəzza zolağından 130-150 kilometr aralıda saxlayıb və fəalları girov götürüb.
Chosen
10
3
sherg.az

4Sources