EN

Ermənistanda kilsə qalmaqalı: arxiyepiskop Adjapaxyana 2 il həbs cəzası verildi

Ermənistanda məhkəmənin qərarı kilsə və siyasət münasibətlərində böyük səs-küy yaradıb.

Musavat.com xəbər verir ki, Ermənistan Apostol Kilsəsinin Şirak yeparxiyasının rəhbəri, arxiyepiskop Mikael Adjapaxyan məhkəmə tərəfindən 2 il azadlıqdan məhrum edilib. O, hakimiyyətin devrilməsinə açıq çağırışlar etməkdə ittiham olunub.

Prokurorluq əvvəllər 2 il yarım həbs cəzası tələb etsə də, məhkəmə 2 il cəza ilə kifayətlənib. Adjapaxyan iyunun sonunda saxlanılmış və həmin vaxtdan həbsdə idi.

Bu qərar Ermənistan cəmiyyətində kilsənin siyasətə müdaxiləsi və hakimiyyətlə qarşıdurması barədə yeni mübahisələrə səbəb olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
1
1
olaylar.az

2Sources