EN

"Instagram"ın rəhbəri: "Sizi telefonların mikrofonlarından dinləmirik"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Instagram" sizi dinləmir, mikrofonlardan bu məqsədlə istifadə etmir".
Oxu.Az-ın məlumatına görə, bunu "Instagram"ın baş direktoru Adam Mosseri şəxsi səhifəsində bəyan edib.
O, platformanın istifadəçi söhbətlərini münasib reklam göstərmək üçün dinlədiyinə dair geniş yayılmış iddiaları rəsmən təkzib edib.
Mosseri tövsiyə alqoritmlərinin effektivliyinin məlumat toplama prosesinin digər üsulları ilə bağlı olduğunu izah edib.
Şirkət rəhbəri vurğulayıb ki, belə bir dinləmə fəaliyyətini aşkar etmək çox asandır, çünki müasir mobil platformalar mikrofon işləyəndə xüsusi indikator göstərir və bu zaman telefon batareyası daha sürətlə boşalır. Onun sözlərinə görə, reklamların uyğun olmasının səbəbi reklamverənlərlə əməkdaşlıq və onların öz saytlarının ziyarətçiləri haqqında məlumatları paylaşmasıdır.
Qeyd edək ki, "Meta" şirkətinin dekabrın 16-da qüvvəyə minəcək yeni məxfilik siyasəti, rəsmi olaraq süni intellekt məhsulları ilə yazışmalardan əldə edilən məlumatların istifadəsinə icazə verəcək.
Chosen
4
oxu.az

1Sources