EN

Apteklərdə yoxlama, nöqsanlar aşkarlanıb

Sentyabr ayında ümumilikdə 37 aptekdə yoxlama aparılıb. Yoxlamalardan 9-u Bakı şəhərində, 28-i isə digər rayonlarda keçirilib.

XəzərNews.az xəbər verir ki, bu barədə Analitik Ekspertiza Mərkəzindən məlumat verilib.

Qeyd olunub ki, aparılmış planlı və plandan kənar yoxlamalar nəticəsində 8 müxtəlif nöqsanlar faktı aşkar olunub.

“Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müxtəlif maddələri üzrə ümumilikdə 11 protokol tərtib edilib”, - məlumatda deyilir.

Xəbər 5 dəfə oxunub.
Chosen
14
22
xezernews.az

10Sources