EN

Hazırda Bakıda orta qiymətə bir ev almaq üçün 18.1 ilin maaşının cəmini ödəmək lazımdır

Mənzil bazarı illə bağlı mövcud açıq mənbələrdən əldə edilən məlumata əsasən iyun ayının sonunda Bakı şəhəri üzrə təklif edilən median aylıq kirayə haqqı 883 manat təşkil edir ki, bu da daşınmaz əmlakın kapitalizasiya müddətinin 22.5 il olmasını şərtləndirir.

Marja.az xəbər verir ki, bu, Mərkəzi Bankın 2025-ci ilin 1-ci yarısı üzrə Maliyyə Sabitliyi Hesabatında bildirilir.

Qeyd edilib ki, Bakı şəhəri üzrə təklif olunan orta ev qiymətlərinin orta aylıq nominal əmək haqqına (Bakı üzrə) nisbəti isə 217 ay və ya 18.1 il təşkil edir.

Chosen
77
8
marja.az

10Sources