EN

Əhalinin borc yükü artıb

2025-ci ilin birinci yarısında əhalisinin borc yükünün sərəncada qalan gəlirlərə nisbəti ötən ilin sonu ilə müqayisədə 0,5 faiz bəndi artaraq 18,5 % olub.

Mərkəzi Bankdan Teleqraf-a verilən məlumata görə, bu, banklar arasında aparılan kreditləşmə fəaliyyətinə və maliyyələşmə mənbələrinə dair sorğunun nəticələrinə əsasən məlum olub.

Bazar payına əsasən, bankların 49 %-i əhalinin borclanmasında dəyişiklik olmadığını, 50 %-i isə orta dərəcədə artım olduğunu bildirib.

Mərkəzi Bankdan bildirilir ki, əhalinin borc yükü üzrə dinamikası diqqət mərkəzində saxlanılır. Əhalinin sərəncamda qalan gəlirlərində müsbət artım dinamikası müşahidə edilsə də, əhalinin borc yükünün sərəncamda qalan gəlirdə payının artımı müşahidə edilir.

Chosen
20
17
teleqraf.com

10Sources