Sentyabrda 37 aptekdə yoxlama aparılıb, 8 nöqsan tapılıb.
Axar.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi məlumat yayıb.
Onlardan 9-u Bakı şəhərində, 28-i isə digər rayonlarda keçirilib. Aparılmış planlı və plandan kənar yoxlamalar nəticəsində 8 müxtəlif nöqsan faktı aşkar olunub.
İnzibati Xətalar Məcəlləsinin müxtəlif maddələri üzrə ümumilikdə 11 protokol tərtib edilib.