Ölkəmizdə keçirilən III MDB oyunları ilə əlaqədar Şəkidə də təhlükəsizliyin yüksək səviyyədə təmin edilməsi məqsədilə DİN-in əməkdaşları tərəfindən gücləndirilmiş xidmət təşkil olunub.
Sitat.info nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, rayon ərazisində və oyunların keçirildiyi məkanlarda xidmətə əlavə canlı qüvvə cəlb edilib.
Polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları ictimai asayişin qorunması, hər hansı hüquqazidd əməllərin qarşısının vaxtında alınması, eləcə də köməyə ehtiyacı olan şəxslərə operativ yardım göstərilməsi istiqamətində fasiləsiz rejimdə fəaliyyət göstərirlər.