EN

Mançester Siti yə vurduğum qol karyeramın ən yaxşısıdır

ain.az, sport24.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Monako"nun yarımmüdafiəçisi Jordan Teze Çempionlar Liqasının ikinci turunda "Mançester Siti" ilə evdə (2:2) heç-heçə başa çatan görüşü şərh edib. Sport24.az xəbər verir ki, Teze ingilislərə vurduğu qolu karyerasının unudulmaz anı kimi xatırlayacağını bildirib:

"Mançester Siti"yə vurduğum qol karyeramın ən yaxşısıdır. Mən belə hesab edirəm. Məşqçi mənə daha tez-tez topa zərbə vurmalı olduğumu söyləyirdi. Topu qəbul edərkən, ona dərhal zərbə vurmalı olduğumu anladım. Sonrasını düşünmədən zərbə alındı və bir də gördüm ki, artıq hamı qışqırır".

Niderlandlı futbolçu 2024-cü ildən "Monako"nun formasını geyinir. O, bu kluba PSV-dən keçib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
17
2
sport24.az

3Sources