EN

“Qalatasaray”la yanaşı, “Qarabağ’ın qələbəsinə də sevinirəm” VİDEO

ain.az bildirir, sport24.az portalına istinadən.

"Qarabağ" Çempionlar Liqasının əsas mərhələsinin II turu çərçivəsində "Kopenhagen"i 2:0 hesabı ilə məğlub edib. Sport24.az xəbər verir ki, Türkiyə millisinin keçmiş yarımmüdafiəçisi Nihat Kahveci "Qarabağ"ın buradakı çıxışını dəyərləndirib.

Kahveçi bu barədə "Haber Global"a danışıb: "Qalatasaray"la yanaşı, "Qarabağ"ın qələbəsinə də sevinirəm. "Kopenhagen" üzərində inamlı qalibiyyət, meydanda üstünlük, dirəyə dəyən zərbə…

İki turdan sonra 6 xal və Avropa futbolunun nəhəngləri ilə turnir cədvəlində qonşuluq. Qardaşlarımıza bravo! Bu inanılmaz başlanğıcdır. Pley-off mərhələsinə çıxmaq üçün yaxşı şansları var. Belə büdcə ilə Çempionlar Liqasına belə başlamaq tarixi bir hadisədir. Bu uğurlar asan əldə edilmir".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
21
3
sport24.az

4Sources