EN

"Barselona"da Lamin Yamal şoku

İspaniyanın "Barselona" klubunun heyətində ciddi itki baş verib.

Sportal.az xəbər verir ki, La Liqa nəhənginin aparıcı futbolçularından olan Lamin Yamal sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İspaniyalı vinger Çempionlar Liqası Liqa mərhələsinin PSJ ilə matçından (1:2) sonra qasıq nahiyəsində ağrılar hiss edib. 18 yaşlı ön xətt oyunçusu 2-3 həftə yaşıl meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, Lamin Yamal "Barselona"nın yetirməsidir. İspaniya millisinin üzvü bu mövsüm Kataloniya təmsilçisinin heyətində meydana çıxdığı 5 rəsmi matçda 2 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

saytlarin hazirlanmasi

Chosen
3
2
sportal.az

3Sources